Şəfəqə Doğru » Manşet » Metropoliten gediş haqqı ilə bağlı Tarif Şurasına müraciət edib?

Metropoliten gediş haqqı ilə bağlı Tarif Şurasına müraciət edib?

Metropoliten gediş haqqı ilə bağlı Tarif Şurasına müraciət edib?

Bakı metropoliteni metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Alp.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır:

“Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyi nəzərdə tutulmayıb”.