Şəfəqə Doğru » Manşet » Hindistanda ölənlərin sayı 140-ı keçdi

Hindistanda ölənlərin sayı 140-ı keçdi

Hindistanda ölənlərin sayı 140-ı keçdi

Hindistanın Qucarat ştatında Maçxu çayı üzərindəki asma körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə çatıb.

Shafaqadogru.com  “NDTV”yə istinadən xəbər verir ki, 177 nəfər xilas edilib.

İki nəfərin itkin düşdüyü bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir.

Həmçinin oxuyun: Слухи вокруг Toyota Prius - Какова реальная причина?

Xatırladaq ki, insident oktyabrın 30-u axşam saatlarında Morbi şəhərində baş verib. XIX əsrin sonunda inşa edilən körpü Divali bayramının qeyd olunması zamanı uçub. Körpü uçarkən üzərində 400-ə yaxın insan olub. İlkin məlumata görə, körpünün uçmasına səbəb onun çox yüklənməsi olub.