“Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.
“Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb.