ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır və lazım gələrsə, cavab verməyə hazırdır.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsünə istinadən məlumat yayıb.
O, ABŞ-ın bölgədəki maraqlarını və tərəfdaşlarını çəkinmədən müdafiə etmək niyyətində olduğunu vurğulayıb:
“Biz təhdidlərdən narahatıq və səudiyyəlilərlə hərbi və kəşfiyyat kanalları vasitəsilə daim əlaqə saxlayırıq”.