Şəfəqə Doğru » Manşet » Politoloq: “Rusiya strateji baxımdan indi müharibəni hər cəhətdən uduzub”

Politoloq: “Rusiya strateji baxımdan indi müharibəni hər cəhətdən uduzub”

Politoloq: “Rusiya strateji baxımdan indi müharibəni hər cəhətdən uduzub”
“Rusiya strateji baxımdan indi müharibəni hər cəhətdən uduzub”.
 
Bunu "Report"a açıqlamasında ukraynalı politoloq Yuri Rayxel deyib.
 
O bildirib ki, Rusiya Qərbin böyük dəstəyinə malik Ukraynanı məğlub etmək iqtidarında deyil.
 
"Sırf psixoloji baxımdan Putin müharibənin hərbi aspektini başa düşmür. O hesab edir ki, bu cür zərbələrlə rəsmi Kiyevdən nəyəsə nail ola bilər. Putin Ukrayna ilə deyil, ABŞ-la danışıqlarda maraqlıdır ki, kollektiv Qərb onu bərabərhüquqlu tərəfdaş kimi tanısın”, - ekspert vurğulayıb.
 
Onun sözlərinə görə, Qərb Vladimir Putini bərabərhüquqlu tərəfdaş kimi tanımır: "Təcrid olunması Rusiya Prezidentini çox qıcıqlandırır. Ona görə də Putin bu vəziyyətdən çıxış yolları axtarır ki, onlardan biri də Ukraynada atılan addımlardır."
 
Y.Rayxel hesab edir ki, Rusiya Prezidenti rusiyalıların diqqətini səfərbərliyin doğurduğu bütün problemlərdən yayındırmağa çalışacaq: “Putin hesab edir ki, cəbhədə qələbələr yoxdursa, piardan istifadə edərək qələbə illüziyası yaratmaq lazımdır. Ukraynaya raket hücumları da bu baxımdan əlverişlidir”.
 
Onun fikrincə, Qərbin sanksiyalarının təsiri dekabrdan etibarən Rusiyada açıq şəkildə hiss olunacaq.
 
"Ona görə də Putinə həmin vaxta qədər Ukrayna ilə müharibədə ən azı müəyyən nəticələr əldə etmək vacibdir. Putin geri çəkilə bilməz, ona görə də vəziyyət daha da pisləşəcək. Əgər sırf hərbi baxımdan yanaşsaq, o zaman müharibədə köklü dəyişiklikdən danışmaq olar, amma bu, hər yerdə belə deyil. Cənubdan, xüsusən də Xerson vilayətindən danışsaq, orada əməliyyat xarakterli strateji dönüş baş verib. Şərq cəbhəsində Ukrayna ordusu əməliyyat və taktiki uğurlar əldə edəcək. Beləliklə, qismən dönüş haqqında danışa bilərik”, - politoloq diqqətə çatdırıb.