Şəfəqə Doğru » Manşet » İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı

İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı

İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
İsraildə 25-ci çağırış Knessetdə səsvermə başa çatıb. Parlament seçkisinin ilkin nəticələri açıqlanıb.


Səslərin hesablanması davam edir.
 
Mərkəzi Seçki Komissiyası noyabrın 3-də saat 07:58-ə qədər 4 390 375 səsin hesablanmasını açıqlayıb, bütün səslərin 91%-i hesablanıb.
 
İlkin nəticələrə görə, “Likud” - 23,41% səs, “Yeş Atid” - 17,86%, “Sionut Datit” - 10,44%, “Mahane Mamlahti” - 8,95%, ŞAS - 8,35%, “Yadut HaTorah” - 6,06%, NDI - 4,39%, RAAM - 4,27%, HADASH-TAAL - 3,93%, “Avoda” - 3,56% səs toplayıb.
 
“Meretz” - 3,16%, “Balad” - 3,01% səslə seçki baryerini (3,25%) keçə bilməyib, lakin buna yaxın olublar.
 
“Beyt Yequdi” partiyası isə seçki baryerinə yaxınlaşa bilməyib (1,17%).
 
Solçu/ərəb partiyalarından hər hansı biri seçki baryerini aşa bilmədiyi halda, sağçı-dini koalisiya öz koalisiyasını yaratmaq üzrə açıq üstünlük qazanır. Bütün solçu/ərəb partiyaları seçki  baryerini aşarsa, koalisiyanın yaradılması xeyli mürəkkəbləşə bilər.
 
Parlament seçkisində səsvermə hüququna malik olan bütün vətəndaşların 71,3%-i iştirak edib. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.
 
Mənbə: Newsru.co.il