BMT Ukraynaya nüvə silahı ilə zərbə endiriləcəyi halda radiasiyanın necə yayılacağı barədə gizli sənəd hazırlayıb.
Shafaqadogru.com Bakupost.az-a istinadən xəbər verir ki, AZfront həmin sənədi BMT-nin ixtisaslaşmış strukturlarından birinin əməkdaşı - Aİ ölkələrindən birinin vətəndaşı olan azərbaycanlıdan əldə edib.
“Hazırda bütün risklər təəssüf ki, yüksək səviyyəyə çatıb. Bu halda biz Ukrayna ərazisində taktiki nüvə silahından istifadə ehtimalının çox olduğunu qeyd edə bilərik", - deyə sənəddə vurğulanır.
BMT-nin məxfi sənədinin müəllifləri xəbərdarlıq edir ki, radiasiya uzaq məsafələrə yayıla bilər.
“Radionuklidlər külək, su və qruntla yayılır. Həmçinin əkinə və ya ev heyvanlarının orqanizminə düşərək, eləcə də yağış, qar, hətta duman vasitəsilə də yayılır”, - deyə bu il aprelin 28-də Cenevrədə nüvə təhlükəsizliyi üzrə keçirilən qapalı konfransdan sonra tərtib edilmiş sənəddə deyilir.
Qeyd edilir ki, bu, nüvə müharibəsi ehtimalının yüksək olduğunu təsdiqləyən nüfuzlu beynəlxalq təşkilatın geniş auditoriyanın çıxışı olan ilk rəsmi sənədidir: "Əgər nüvə zərəbəsi baş verərəsə, Cənubi Qafqaz respublikaları da radiasiyanın yayılması riski ilə üzləşəcəklər. Məsələn, Xersondan Batumiyə düz xətt üzrə məsafə cəmi 900 km, Gəncəyə isə 1200 km-dir".