Şəfəqə Doğru » Manşet » Qazax təhsilində korrupsiyanın yeni növü.

Qazax təhsilində korrupsiyanın yeni növü.

Qazax təhsilində korrupsiyanın yeni növü.

                                   

    Bu gün ölkəmizdə işsizliyin baş alıb getdiyi bir zamanda, əlində ali təhsil diplomu olan ,hər rayonda yüzlərlə insanlarımız yarım "stavka”dərs ala bilmək üçün dəridən -qabıqdan  çıxdığı halda, elələri var ki,nəinki, bir məktəbdə 15 saat rus dili dərsi,üstəlik bir neçə saat dərnəyi və 30 km kənddən uzaq məsafədə ,rayon mərkəzində Qazax Dövlət Sosial –İqtisad kollecində 0,5 ştat vahidi ilə, müəllimə işləyir.

  Bu günlərdə redaksiyamıza daxil olan məlumatlardan çoxunda Qazax rayon Böyük Cəfərli kənd məktəbində rus dili müəlliməsi işləyən Eyyubova Dürdanə Emin qızından bəhs olunur.

 Adının çəkilməsini istəməyən mənbə bir neçə ildir,döymədiyi  qapı qalmadığına rəğmən ,övladına 0,5 ştat vahidi məllim işinə pulu olmadığına görə ,düzəldə bilmir.

 Lakin həyat yoldaşı Qazax Meşə Təsərrüfatı bərpası məssisəsinin direktoru vəzifəsində işləyən ,Aqil Heydərov olan D.Eyyubova Böyük Cəfərli kəndində on beş saat rus dili dərsi, üstəgəl bir neçə saat dərnək və bunlarla bərabər təxminən 30 km uzaqda  yerləşən, rayon mərkəzində Qazax Dövlət Sosial-İqtisad Kollecində 0,5 ştat vahidi məllimə işləyir.Mənbənin haqlı olduğu bəllidir.Bir ştat vahidindən də artıq ,Böyük Cəfərli kənd məktəbində dərs yükü olan yəni,günün ikinci yarısına qədər bəlli ki,miniumum 15 saatlıq rus dili dərslərini yola verə bilər. Günün ikinci yarısından sonra isə ,dərnək məşğələləri .Sual olunur ki, bəs Dürdanə xanım Qazax Sosial – İqtisad Kolecindəki dərsləri necə çatdırır.Çünki Kolecdəki dərslər yalnız günün ikinci yarısına qədərdir. Heç düşünüb baş sındırmağa dəymir. Söyləmyə əsas var ki,Dürdanə xanım həyat yoldaşının "nüfuzundan " istifadə edərək, Böyük Cəfərli məktəbinin direktoru ilə birlikdə təhsil şöbəsinin müdirini və Qazax Dövlət Sosial-İqtisad Kolecinin drektorunu " razı” salaraq , yaxudda sadəlövlük etmiş olmasam aldadaraq, özünə ikinci iş yeri yarada bilib.

 Maraqlıdır bəs həyat yoldaşı vəzifədə olmayan ,yaxudda heç ,əri və pulu ,kimsəsi olmayanlar ,hər həftənin 5-ci günü rayon İH-nin qəbulunu  günlərlə gözləyib ondan nicat uman işsiz diplomu əlini yandıranlar neyləsinlər?

 Belə bir sual yaranır ki, orta və ali tədris müəssisələrində müəllim təyin olunan adamın heç olmasa hər hansı bir elmi dərəcəsi olmalıdır.Dürdanə Eyyibovada mənbənin dediyinə görə elə bir sənəd mövcud deyil.Bəs görəsən hansı keyfiyətlərinə görə, bir belə dərs yükü olan adama Kollecdə də,iş verilir?

  Hörmətli oxucu bizim vəzifəmiz isə ,vətəndaşlarımızın müraciətlərində göstərilən haqlı iradları həm oxucularımıza ,həm rayon rəhbərliyinə  həm də təhsil nazirimiz Mikayl Cabbarova və digər aidiyyatı qurumlara  içtimailəşdirərək çatdırmaqdır.

  Onu da qeyd edim ki,məlumatlı mənbə haqlı olaraq, "Allah verənə bəndə də, verir”zərbi məsəlini söyləmişdir.

Mövzuya qayıdacayıq.

                                               Qarşı tərəfin də, fikrini dərc etməyə hazırıq.

                                                                                                                                      Neymət Novruzlu.