Şəfəqə Doğru » Manşet » “Qələbəyə yaxınlaşdığımızı hiss edirik" - Zelenski

“Qələbəyə yaxınlaşdığımızı hiss edirik" - Zelenski

“Qələbəyə yaxınlaşdığımızı hiss edirik" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə Rusiya ilə müharibədəki son gəlişmələri dəyərləndirib.

Shafaqadogru.com xəbər verir ki, Zelenski Ukraynada hər kəsin birləşərək qələbəyə doğru birgə addımladığını bildirib.

“Artıq qələbəyə yaxınlaşdığımızı hiss edirik”, - Ukrayna lideri vurğulayıb.

Xerson vilayətində nəzarəti bərpa etdikləri yaşayış məntəqələrindən 226-da təhlükəsizlik tədbirləri görüldüyünü, bu ərazilərdə sabitliyin təmin olunduğunu deyən Zelenski bu məntəqələrdə 100 minə yaxın mülki şəxsin yaşadığını qeyd edib.

Rusiya ordusunu Xersonda hərbi cinayətlər törətməkdə ittiham edən Ukrayna lideri bölgədə mülki və hərbi cəsədlərin aşkar edildiyini və araşdırmalara başlanıldığını bildirib.

Onun sözlərinə görə, hazırda ən şiddətli qarşıdurma Donetskdə gedir.