Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.
Shafaqadogru.com "Report"a istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.
Bundan başqa, Ukraynaın Xerson vilayətinin hələki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olublar.
Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.