Ermənistan oktyabrın 31-də üçtərəfli Soçi Bəyannaməsində nəzərdə tutulduğu kimi Azərbaycanla parlamentlərarası əlaqələr yaratmağa hazırdır.
TASS xəbər verir ki, bunu Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.
O, parlamentlərarası əlaqələr ideyasına müsbət yanaşdıqlarını bildirib:
"Üçtərəfli Soçi Bəyannaməsinə diqqət yetirmisinizsə, sənəddə belə əlaqələrin qurulması və inkişafı üçün mövcud atmosferin yaxşılaşdırılması nəzərdə tutulur”.