Şəfəqə Doğru » Manşet » Məhkəmənin qərarları niyə icra olunmur ?

Məhkəmənin qərarları niyə icra olunmur ?

Məhkəmənin qərarları niyə icra olunmur ?

 

   Bu günlərdə redaksiyamıza Qazax rayon Daş Salahlı kənd sakini Allahquluyev Anar Hüseyin oğlu  tərəfindən müraciət  olub .Müraciətdə bildirilir ki, atası Allahquluyev  Hüseyin Rusiyada yaşayır və orada işləyir.Atam Hüseyin 2007-ci ildə yaxın dostu Bakı şəhər Yasamal rayon  Şərifzadə küçəsi ev 241.mənzil 11 də yaşayan ,Alıyev Tahir Abdulla oglunun   adına Abşeron rayon Hökməli bələdiyəsindən 03,11.2007 ci- il tarixli, 07 saylı qərarı ilə Höküməli qəsəbəsinin torpaq sahəsindən ,0,05 ha torpaq sahəsi fərdi yaşayış evi   inşa etmək etmək üçün,satılmışdır. Torpaq sahəsinin mənə satılması üçün ,Azərbaycan respublikası dövlət torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin 07.11.2007-ci tarixli rəyi alınmışdır.Torpaq sahəsinin sxematik planı çəkilmiş və yerində ölçülərək ,bizə təhvil  verilmişdir.Lakin , bir neçə il sonra atam ev tikdirmək üçün,Rusiyadan gəlib. Bizim torpagımızda Bakı şəhəri Yasamal rayonu  Şərifzadə küçəsi ev 66,mənzil   27 -də   yaşayan Əliyev Nihad Mayıl oğlunun adına yanacaq doldurma məntəqəsi tikilib və artıq bir neçə ildirki, fəaliyyət göstərir .Bu barədə Abşeron rayon prokrorluğuna daha sonra isə, Abşeron rayon məhkəməsinə müraciəət etdik.

  Cavabdeh Əliyev Nihada verilmiş hüquqların dövlət qeydiyatı haqqında daşınmaz  əmlakın Dövlət reysterindən çıxarış ilə Abşeron rayonu ,Höküməli  qəsəbəsində kənd təsərrüfatı təyinatlı  torpaqdan 0,1166 ha torpaq sahəsi  Əliyev Nihad Mayıl oğlunun adına xususi mülkiyyət kimi , qeydiyyatdan  keçmişdir.Tikinti  təyinatı olmayan torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikmiş mənim də, sahəmi qanunsuz  zəbt etmişdir, deyə iddiaçı bildirir.

   Nəhayət Abşeron rayon  Məhkəməsinə   06.07.2021-ci il tarixində torpağın boşaldılmasına dair ərizəmizə Abşeron rayon məhkəməsinin hakimi Əhmədov Habil  Yunus oğlunun sədirliyi ilə  19.10.2021-ci ildə 2(012)-44 90(2021 -№ li işə baxılacağı barədə qərar qəbul edildi 

   Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 97-103,263,264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə 

                                                            QƏRARA ALDI

     İddiaçı AlıyevTahir Abduləli oğlu cavabdeh Əliyev Nihad Mayıl oğluna qarşı tikintinin sökülməsi ,torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti- texniki ekspertizası təyin edilsin .

        

     Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin.

      Ekspertlərin  qarşısında   aşağıdakı sual qoyulsun:

           1.Abşeron rayonu Höküməli  Bələdiyəsinin   05.11.2007-ci il tarixli 07 saylı qərarı əsasında cavabeh Alıyev Tahir Abduləli oğluna satılmış Abşeron rayonu Höküməli qəsəbəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin plan və ölçü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst –üstə düşmür?Əgər düşmürsə hansı həcimdə koordinatlardan kənardır?

       2. Abşeron rayonu Höküməli Bələdiyyəsinin 05.11.2007-ci il tarixli 07 saylı qərarı əsasında cavabdeh Alıyev Tahir Abduləli oğluna satılmış Abşeron rayonu Höküməli qəsəbəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət  Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən 05.07.2014-cü il tarixli RX seriyası 0439111 saylı çıxarışa əsasən Əliyev Nihad Mayıl oğlunun mülkiyyətində olan Abşeron rayon Höküməli qəsəbəsi ünvanında yerləşən 0.1066 ha torpaq sahəsinin ölçüsü yerində   (naturada) üst-üstə düşürmü? Əgər düşürsə hansı ölçüdədir?

  Ekspertiza aparılarkən,iş üçün əhəmiyyətli olan ,haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrini öz rəyinə daxil etmək vəzifəsi ekspertlərin öhdəsinə buraxılsın.

     Ekspertə bilə-bilə yalan rəy verməyə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 287 –ci maddəsində nəzərdə tutulan cinayyət məsuliyyəti barədə xəbərdarlıq edilsin .

2.(012)-4490/2021 saylı mülki iş ekspertə göndərilsin.

 6.Ekspertizanın aparılma müddəti  1 ay müəyyən edilsin.

 7.Rəy alınanadək mülki iş üzrə icraat dayandırılsın.

 8.Qərarların dayandırılmasına dair hissəsindən 10 gün müddətinə Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

 Lakin, Abşeron rayon Məhkəməsinin Hakimi Habil Əhmədovun sədirliyi ilə verilən qərarın bir ay vaxt qoyulmasına rəğmən, artıq 3 aydır hələ də, kağız üzərində qaldığının şahidi oluruq.Qərarda göstərilən və adı çəkilən  başda Ali məhkəmənin  Ekspertiza İdarəsi olmaqla,   qərarda göstərilən digər ekspertlərin heç biri   bu qərara məhəl qoymuyaraq, bu günə qədər bir iş görməyib. Və cavabdeh tərəfindən  işin icra olunması isə dayandırılmayıb.İdiaçının bildirdiyinə görə, dəfələrlə məhkəməyə müraiciət etsək də ,işin icra olunması üçün,bizdən umacaqları olduğuna görə,heç bir iş görmədiklərini düşünürük. Əgər belə deyilsə,  adı çəkilən ekspertlər niyə işlərini icra etmir? Və məhkəmənin hakimi Habil Əhmədov bu işin icrası üçün niyə əlindən gələni etmir .Hətta , iddiaçı Allahquluyev Anar bir  neçə gün əvvəl Abşeron rayon məhkəməsinin müavini Kiçikbəyob soyadlı birisi zəng edərək ,cavabdeh tərəfin çörəyini kəsməyin .Ora onların çörək pulu yeridir deyərək,məndən ərizəni geri götürməyi xahiş etdi .Bu özlüyündə o deməkdir ki,biz düşüncəmizdə haqlıyıq ki,məhkəmənin cavabdehlər tərəfində olduğu danılmazdır. Biz isə ,yazdıq yəqin ki , aidiyyatı qurumlar bu məsələnin çözülməsində iddiaçıya yardımçı olacaqlar .

 Qarşı tərəfi də dinləmıəyə və  dərc etməyə  hazırıq.

                                                                        Neymət Novruzlu.