Şəfəqə Doğru » Manşet » Hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, hazırda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksəkdir.

Noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Şimal küləyi noyabrın 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək, aran rayonlarında 6-11 dərəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.