Kadırov daha bir qızını ali mükafata layiq görüb...
"Qroznı bələdiyyəsi məktəbəqədər departamentinin rəhbəri, "istedadlı idarəçi" Xədicət Kadırovanın cəmi 22 yaşı var..."
"Kadırovun 23 yaşlı böyük qızı Ayşat respublikanın mədəniyyət naziri postunu tutur..."
"Kadırovun bütövlükdə 14 övladı, o cümlədən 6 qızı var..."
Çeçenistan Respublikası rəhbərinin ikinci qızı, Qroznı şəhər bələdiyyəsi məktəbəqədər təhsil departamentinin rəisi Xədicət Kadırova Kadırov ordeni ilə təltif edilib.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya
naziri Əhməd Dudayevə istinadən məlumat yayıb.
"Çeçenistanın ilk prezidenti, Rusiya Qəhrəmanı Hacı Əhməd Kadırovun nəvəsi, Qroznı şəhər bələdiyyəsi məktəbəqədər təhsil departamentinin rəisi Xədicət Kadırovanı ürəkdən təbrik edirəm!" - Əhməd Dudayev "Telegram-kanal"ında yazıb.
"Ona Çeçenistan Respublikasının ali mükafatı-Kadırov ordeni təqdim edilib! Qısa müddətdə Xədicət Ramzanovna özünü istedadlı idarəçi kimi göstərərək, ona həvalə edilən təşkilatın fəaliyyətini yeni səviyyəyə qaldırıb! O, ən mürəkkəb vəzifələrin öhdəsindən gəlməyi bacaran ədalətli və həssas rəhbər kimi tanınır", - Əhməd Dudayev yazıb.
"İstedadlı idarəçi" Xədicət Kadırovanın cəmi 22 yaşı var. Bundan öncə Çeçenistanın ilk prezidentinin ordeninə region rəhbərinin böyük qızı-23 yaşlı Ayşat Kadırova layiq görülüb.
O, respublikanın mədəniyyət naziri postunu tutur. Bundan öncə məlumat verilib ki, respublika məmurları onu "istedadlı və kreativ rəhbər, əməksevər və gözəl təşkilatçı" adlandırıb.
Ramzan Kadırovun bütövlükdə 14 övladı, o cümlədən 6 qızı var.
Onun atası Hacı Əhməd Kadırov 12 iyun 2000-ci ildən 2003-cü ilin oktyabrınadək Çeçenistan administrasiyasının rəhbəri, 2003-cü ilin oktyabrında Çeçenistanın prezidenti seçilib.
Əhməd Kadırov 9 may 2004-cü ildə Qroznıda stadionda baş vermiş terror aktı nəticəsində həlak