"Tovuz rayonunun 5000 nəfər əhalisi olan Dondar Quşçu kənd sakinlərinin neçə
illərdi suvarma suyuna həsrət qalması heç bir aidiyyəti orqanların vecinə də deyil.
Kənd sakinlərinin dediyinə görə, onlara bu qarğışı 3 ildən artıq vaxtdır rayonda
icra başçısı vəzifısində işləyən Məmməd Məmmədov (zəhər Mamed) yaradıb".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir:
"Bir qrup kənd sakinləri, o cümlədən Qarabağ əlilləri və şəhid ailələri təsərrüfatlarının
suya həsrət qalması barədə icra başçısının qəbulunda olsalar da, susuzluq
dərdlərinə reaksiya verən yoxdur. Başlıca səbəbi isə, rayonun əkin sahələrinin 50
faizindən çoxuna sahib çıxan icra başçısının torpaq sahələrinə suvarma suyunun
zorla çatmasıdır.
Tovuzun Dondar Quşçu kənd sakinləri, 44 günlük Vətən müharibəsində
övladlarını itirmiş şəhid ailələri, o cümlədən Quliyev Şəxsəddin Həsən oğlu,
Göycəyev Həbib İslam oğlu, Əliyev Ürufət Hümmət oğlu, 2-ci Qarabağ qazisi 3-cü
qrup əlil Quliyev Rəhim Maarif oğlu və digərlərinin əkin sahələri məhv olmaq
üzrədir. Taxılın suya olan ehtiyacı dözülməz həddə çatıb. Toyuq-cücələrinin
satışından əldə etdikləri vəsait hesabına taxıl və digər adda əkdikləri məhsul
gözgörəsi məhv olmaqdadır.
Kənd əhalisi ilə sorğu zamanı onu da dilə gətirdilər ki, “ Prezidentin bir neçə il
bundan əvvəl suvarma üçün susuzluqdan əziyyət çəkən kəndlərdə artezian
quyularının qazılmasına ayrılmış vəsait də icra başçısı Məmməd Məmmədova
düşərli oldu. Beləki, icra başçısı artezian quyularını kəndlilərə münasib yerdə deyil,
yalnız özünəməxsus əkin sahələrinə yaxın yerlərdə saldıra bildi.
Kənd sakini, 62 yaşlı ağsaqqal, ömrünü-gününü həmişə təsərrüfata, əkinə-biçinə
həst etmiş Qasımov Vidadi Novruz oğlu da şəhid ailələri və qazilər kimi o da icra
başçısı Məmməd Məmmədovun “çürük” siyasətindən təngə gəlib. Hələ bu
rayona belə icra başçısının gəlmədiyini qeyd etdi. Onun sözlərinə görə, Tovuzun
əkin sahələri əksərən bir hissəsi ermənilərdə, bir hissəsi bizdə olan Ağdam
gölünün suyu ilə sulanır. Ermənilər göldən biz tərəfə suyun verilməsinə əngəl
yaratsalar da, gölün üstündən daşan su bizim inşa etdiyimiz 2-ci gölə tökülür.
Məmməd Məmmədov həmin suya da sahib çıxıb. Bizə 1 vedrə su da qəhət olub.
Söhbət əsnasında ağsaqqal Vidadi Qasımov onu da vurğuladı ki, elə bil qəsdən
hazırda 2-ci gölün qabağında betonlama işləri aparılır. Nə məqsədlə edildiyi icra
başçısından və Tovuz suvarma Sistemləri İdarəsinin rəisindən savayı heç kimə
məlum deyil. Bizə təsir edən də odur ki, beton işi başa çatana kimi göldən
müvəqqəti olaraq suvarma suyunun axması üçün alternativ yol düşünülməliydi.
Təəssüflər ki, “başbilənlər” bunu yaddan çıxarıblar...
Haqqlarını tələb edən kənd sakinləri onu da deməyi vacib hesab etdilər ki,
suvarma suyu barədə icra başçısının qəbulunda olarkən, o, bizi hədə-qorxu ilə
qarşılayır. Hətta, üzlərinə adam qoyub tutdurmaqla hədələyir. Onlar isə, vaxtı
keçmiş icra başçısının əsassız hədələrindən qorxmadıqlarını, çəkinmədiklərini
bildirir, ancaq yanan əkin sahələrinin tezliklə suvarmaqlarını tələb edirlər.
Necə deyərlər, Tovuzun əsas etibarı ilə Dondar Quşçu kəndində bıçaq sümüyə
dirənib. İcra başçısının qətrəhimliyi kənd əhalisinin yuxusunu ərşə çəkdirib. Onlar
Prezident İlham Əliyevin bu cür kadrının təsadüfi olmasını tez-tez dilə gətirirlər.
İcra başçısının yarıtmaz əməlləri ilə bağlı kənd sakinləri və şəhid ailələri Prezident
İlham Əliyevə, Vitse Prezident Mehruiban xanım Əliyevaya və baş nazir Əli Əsədova
ərizə ilə də müraciət ünvanlayıblar.
Yəqinki rayonda ictimai qınaq kompaniyası icra başçısı Məmməd Məmmədovun
qətrəhim hərəkətlərinin üzərindən su axıdaraq onu insafa gətirə biləcək".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...