Şəfəqə Doğru » Manşet » Qazax sakinləri Rəcəb Babaşova təşəkkürlərini bildirirlər.

Qazax sakinləri Rəcəb Babaşova təşəkkürlərini bildirirlər.

Qazax sakinləri Rəcəb Babaşova təşəkkürlərini  bildirirlər.

                       

 Bu günlərdə redaksiyamıza Qazax şəhəri  milli qəhrəman Şamo Çobanov küçəsində yaşayan iyirmi dörd ailə adından müraciət daxil olub .

  Müraciətdə  həmin ailələrin evlərinin 1905-ci ildən inşa edildiyi və həmin evlərin günü bu günə qədər ,bir dəfə də,təmir olunmadığı bildirilir.

  Həmin evlərin son dərəcə qəzalı  vəziyyətdə olduğu barədə dəfələrlə sabiq icra hakimiyyəti rəhbərlərinə ,FHN-ə  və digər qurumlara müraciət etmələrinə rəğmən ,istəklərini gerçəkləşdirən olmadığını yazırlar.Nəhayət Qazax rayonuna yeni təyin olunmuş,İHB-sı Rəcəb Babaşovun qəbulunda olduqlarını ,evlərinin qəzalı vəziyyətdə olduğunu bildirmişlər.Az bir müddətdə R.Babaşov evlərin təmir olunması üçün sərəncam vermiş və qısa zamanda evləri yüksək səviyyədə təmir olunmuşdur.

  Odur ki, həmin ailələr qəzetimizə müraciət edərək,Qazax rayon İHB-sı Rəcəb Babaşova dərin təşəkkürlərini qəzetimiz vasitəsi ilə çatdırmamızı xahiş edirlər.

  Bəli, xalq heç zaman yaxşılıqları unutmur.

   Onu da qeyd edək ki, Rəcəb Babaşov bu kimi işlərini hələ də davam etdirir.

 Bizdə arzu edirik ki,davamı gəlsin .Və uğurlar diləyək.

                                                         Şhafaqadogru.com qəzeti.