Türkiyədə bazar dəyəri 250 milyard dollar olan yeni neft yatağı kəşf edilib.
Shafaqadogru.com Sfera.az-a istinadən xəbər verir ki, yataq Şırnak ilinin Qabar dağı ətrafında kəşf edilib.
Hazırda yataqda yeni kəşfiyyat quyuları qazılır. Yeni quyular yataqda olan neftin həcmi ilə bağlı daha dəqiq proqnoz verməyə imkan yaradacaq. “Sabah”ın xəbərinə görə yataqda olan neft ehtiyatı ilə bağlı məlumatı Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayacaq.
İlkin qiymətləndirmələrə görə Qabarda Türkiyənin mövcud neft ehtiyatından 2 dəfə çox neft var. Artıq bu quyudan gündəlik 20 min barel neft hasil edilməsinin mümkün olduğu haqqında məlumatlar yayılıb.