“Son zamanlar ölkədə bəzi dərman vasitələrinin tapılmaması xəstə və həkimlər üçün problem yaradır. Xüsusilə, bu dərmanların alternativlərinin olmaması problemin nə qədər ciddi olmasından xəbər verir".
Shafaqadogru.com xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Rəşad Mahmudov deyib.
O əlavə edib ki, yaranan vəziyyət problemin ciddi şəkildə həllini tələb edir:
"Problemin yaranmasının iki səbəbi var. Birincisi beynəlxalq səbəbdir, digəri ölkədaxili məsələdir.
İkincisi, Rusiya-Ukrayna müharibəsidir ki, həm qıtlıq yaradır, həm də qiymət artımına səbəb olur.
Dünya təcrübəsində dərmanların ölkəyə gətirilməsi ilə özəl şirkətlər məşğul olur, dövlət isə prosesə nəzarət edir və qiymətləri tənzimləyir. Qiymət tənzimlənməsini Səhiyyə Nazirliyi həyata keçirir. İndi qiymət artımı ilə birlikdə çevik reaksiya vacibdir. Dərman peraparatlarını idxal edən şirkətlər qiymətlərin bahalığı səbəbindən onu ölkəyə gətirməyə maraq göstərmirlər”.