Şəfəqə Doğru » Manşet » Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub

Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub

Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub

Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə qoşulub.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

 

Baş prokuror bildirib ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir:

 

"Bütün insanların bərabərliyinin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını təsbit edən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə edilməli olan fundamental insan hüquqlarının və əsas azadlıqların dairəsi müəyyən olunub.

 

İnsanların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq onların hüquq və azadlıqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürüb".

 

K.Əliyev qeyd edib ki, Azərbaycanda beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın qəbul edilib:

 

"Vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi ilə bu gün də davam edən inkişafın təməlini qoymuş Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş genişmiqyaslı islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilib, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilib, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb".