Şəfəqə Doğru » Manşet » Partizanlar iş başında?.. - Xersonda rusiyalı vitse-qubernatorun avtomobili göyə sovrulub

Partizanlar iş başında?.. - Xersonda rusiyalı vitse-qubernatorun avtomobili göyə sovrulub

Partizanlar iş başında?.. - Xersonda rusiyalı vitse-qubernatorun avtomobili göyə sovrulub






"Xerson vilayət şurasının sədr müavini Rusiyanın hərbi müdaxiləsindən sonra işğalçı rejimlə əməkdaşlıq edərək kollaborasionist və xainə çevrilib..."
"Rusiya qoşunları hadisədən az sonra Xersonu atəşlərə məruz qoyub, iki nəfər həyatını itirib..."
 
Dünən Xeson vilayətinin Skadovck şəhərində Rusiyanın əlaltısı, işğalçı administrasitanın vitse-qubernatoru Vitali Bulyukun avtomobili partlayıb. Tibb işçilərinin məlumatına görə, Bulyukun vəziyyəti orta ağır dərəcədədir və xəstəxanaya yerləşdirilib, sürücü yerindəcə həlak olub. Bu barədə Xerson vilayətində Rusiyanın işğalçı administrasiyasında səhiyyə məsələlərinə cavabdeh olan Vadim İlmenev məlumat verib.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.
 
Sonradan bu administrasiya adından Telegram-kanalda dərc edilən postda iddia edilib ki, partlayış "ukraynalı terrorçular" tərəfindən törədilib.
 
Bu postda Bulyukun sağlamlıq vəziyyəti barədə ziddiyyətli məlumat var. Əvvəlcə yazılıb ki, o, "zərər çəkməyib", lakin sonra xatırlanır ki, ona "lazımi tibbi yardım göstərilib və "hal-hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur". Görünür, indiki anlayışa görə, Rusiya qoşunlarında "zərər çəkməyib" "həlak olmayıb" anlamındadır.
 
Vitali Bulyuk Xerson vilayətinin Qladkovka kəndində anadan olub, vilayət şurasının deputatı olub, 2007-2015-ci illərdə vilayət gömrüyünə rəhbərlik edib. 2015-ci ildə Xerson vilayət şurasının sədr müavini seçilib. Rusiyanın hərbi müdaxiləsindən sonra işğalçı rejimlə əməkdaşlıq edərək, beləliklə, kollaborasionist və Ukrayna hakimiyyətinin sərt meyarları ilə xainə çevrilib.
 
Xatırladaq ki, noyabr ayında Ukrayna ordusu Xerson vilayətində Xerson şəhəri daxil olmaqla Dneprin sağ sahilini azad edib. Rusiya qoşunları Dneprin vilayətin 60 faizinin yerləşdiyi sol sahilinə geri çəkilib və sahilyanı Qeniçesk şəhərini vilayətin paytaxtı elan edib.
 
Ukraynanın yerli hakimiyyətinin məlumatına görə, patlayış Vitali Bulyukun Skadovskdakı şəxsi evinin yaxınlığında baş verib. Vikayətdə yerləşən Rusiyanın güc strukturları partlayış yerini əhatəyə alıb, kütləvi axtarışlar aparıb, lakin minalanmanın günahkarlarını aşkar etməyib.
 
Bazar ertəsi, saat 12:30-da baş vermiş partlayışdan az sonra  Rusiya qoşunları raket və artilleriya qurğularından Xersonu atəşə məruz qoyub. Atəş bir neçə saat davam edib, iki nəfərin həlak olması, yaşayış evlərinin dağılması, elektrik təchizatı xətlərinin zədələnməsi barədə məlumat yayılıb.