Şəfəqə Doğru » Manşet » Maestro Niyazinin nankor oğlu TAPILDI — VİDEO

Maestro Niyazinin nankor oğlu TAPILDI — VİDEO

Maestro Niyazinin nankor oğlu TAPILDI — VİDEO

Övlad nankorluğu həmişə lənətlənib. Yaxşı övlad ata-ana üçün sevinc gətirirsə, pis övlad dərd dağarcığına çevrilir.

Shafaqadogru.com  xəbər verir ki, Azərbaycanın korifey bəstəkarı, şöhrətli dirijor Niyazinin oğlu Ceyhun uzun illərdən sonra tapılıb.


AzTV-yə müsahibə verən Ceyhun 14 yaşından narkotik vasitəyə qurşandığını söyləməklə başına gələnlərdən, həbsxana həyatından danışıb.

Qeyd edək ki, dirijor Niyazi ilə həyat yoldaşı Həcər xanımın öz övladları olmayıb. Buna görə də qohumlarından Ceyhun adlı bir oğlanı övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə fəlakət gətirib.

Bütün qayğısız uşaqlıq dövrünü bu məşhur ailənin evində keçirən Ceyhun günlərin birində narkotik alüdəçisinə çevrilib. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun Niyazi və Həcər xanımı min bir əziyyətə düçar edib. 1990-cı il isə Niyazinin ailəsi üçün dəhşətli hadisə ilə yadda qalıb. Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlib. Əvvəl analığının başından vurub, sonra isə onu boğub və evi qarət edərək qaçıb.


İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb.


Ceyhunun taleyi də acınacaqlı olub. O dəfələrlə həbs olunub, azadlığa çıxıb, səfil həyatı keçirib.