DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...
Bundan əvvəlki yazı burada: Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN... - XAN QAYIDACAQMI?
***
Həftəbecər paşa kabinet generalına çevrilib
Naxçıvanın Ədliyyə naziri general-həftəbecər Daşqın Rəhimov adətini dəyişib.
Qara Pişiyin dediyinə görə, o, əvvəllər kabinetə çox girməz, açıq havada gəzməyə üstünlük verərdi. İndi isə Vasif "xan"ın Bakıda yağlı əppək olub ərşə çəkilməsindən sonra Daşqın paşa kabinetindən çölə çıxmır. Hər gün işə gəlib kabinetinə keçir və bir də iş vaxtı bitəndə otağından çıxıb evə gedir.
Qara Pişik həftəbecər paşanın kabinetində niyə inzivaya çəkildiyinin dəqiq səbəbini bilmir. Sadəcə təxmin edir ki, canına üşütmə düşüb. Amma onu da bilmir ki, üşütmə Naxçıvanda havaların soyuq keçməsindənmı, yoxsa Daşqın paşanın qripə yaxalanıb qızdırmasındanmı qaynaqlanır.
***
Zəbur "doxtur"un struktur islahatı
Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov da struktur islahatlarına başlayıb.
Qara Pişiyin məlumatına görə, Zəbur "doxtur"un bir pulyığanı var: "Xadimə kimi işə götürüb laboratoriya şöbəsində Tapdıq həkimin yanında otururtmuşdu. Dünyanın ən bəxtəvər xadiməsi idi. Əli süpürgə görməzdi, işi-gücü Dəli Domrul kimi gələndən 1, gedəndən 2 axça almaq idi. Naxçıvanda başlayan yoxlamaların ən böyük zərəri həmin xadiməyə dəydi. Zəbur "doxtur" qorxusundan indi həmin pulyığanının əlinə süpürgə verib xəstəxananı süpürtdürür".
Bəs həmin xadimənin adı nədir?
Nə illah elədim, Qara Pişik onun adını çəkmədi. Dedi, "xadimə xanımdır, mən isə centlemen pişik. Xanımların adını çəkib onları narahat etmərəm".