2020-ci ilin Vətən müharibəsindən sonra Ermənistanda lağ obyektinə çevrilən Artsrun Hovannisyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Shafaqadogru.com AzVision.az-a istinadla xəbər verir ki, "Mamul" tanınmış vəkil Vahan Hovannisyanın Müdafiə Nazirliyinin keçmiş işçisi, "baş taktik" Artsrun haqqında yeni iş qaldıracaqları barədə anonsunu dərc edib.
Məqalədə Azərbaycan hərbçilərinin yeni qəhrəmanlığı və peşəkarlığını əks etdirən yeni detalların açıqlanması da diqqət çəkib.
Zəngilan şəhəri və 24 kənd işğaldan azad edildi - VİDEO“44 günlük müharibədən sonra Artsrun haqqında o qədər danışdılar ki, deyəsən, artıq onun barədə deməyə bir şey qalmayıb. Amma yeni məsələlər qaldırılacaq. Ötən gün ona dair bir işin materialları ilə tanış oldum və aşağıdakı məlumatlara rast gəldim. 2020-ci il 19-20 oktyabr tarixlərində azərbaycanlılar Zəngilanı işğaldan azad edib, məktəb binasına öz bayraqlarını sancdılar. Bununla bağlı fotolar internetdə də yayıldı. Bundan bir gün sonra, bizim tərəfdən oktyabrın 21-də Zəngilanda xüsusi döyüş tapşırığını yerinə yetirmək əmri verilib. Lakin bizimkiləri mühasirəyə aldılar, 40 nəfər öldürüldü və ya əsir götürüldü.
Bu hadisənin ertəsi günü, oktyabrın 22-də isə Artsrun Hovannisyan “Haylur” verilişində Zəngilanda azərbaycanlıların qırıldığını deyərək, bayrağın sancılmasını dezinformasiya adlandırıb. Başa düşürsünüz bu nə deməkdir? Zəngilan geri alındı, bayraq buradakı binanın damına sancılıb, əməliyyatımız uğursuz olub, 40 nəfər bir anda öldürülüb, Artsrun isə xalqa deyir ki, buna inanmayın, əslində biz görünməmiş "qələbə" qazanmışıq... Sonra da bu adam müstəntiqə ifadə verəndə deyib ki, sən demə yanlışlığa yol veribmiş. 44 gün bizi belə inəklərlə doyurdular, biz isə kor toyuq kimi qidalandıq. Artsrunun həmin dövrdəki fəaliyyətində vətənə xəyanətlə bağlı cinayət əməllərinin olub-olmamasını müzakirə edəcəyik” , - nəşr vəkildən sitat gətirib.
Xatırladaq ki, Vətən müharibəsi zamanı, oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayılmışdı.
3 gün sonra isə Baş Prokurorluğun Mətbuat xidməti diqqət çəkən məlumat yaydı. Qeyd edilirdi ki, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib: “Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər".
Erməni vəkil isə bu binanı orta məktəb kimi təqdim edib.