Şəfəqə Doğru » Manşet » Erməni təyyarəsi Azərbaycan üzərindən uçarkən həyəcan siqnalı verdi

Erməni təyyarəsi Azərbaycan üzərindən uçarkən həyəcan siqnalı verdi

Erməni təyyarəsi Azərbaycan üzərindən uçarkən həyəcan siqnalı verdi

İrəvandan Moskvaya uçan biznes-jet həyəcan siqnalı verib.

“Hawker 800A” təyyarəsi İrəvan hava limanından havaya qalxıb və bir neçə dəqiqə sonra Azərbaycan ərazisi üzərindən uçarkən həyəcan siqnalı verib.




Həyəcan kodu onun göyərtəsində qəza və ya digər fövqəladə vəziyyətin yaşandığına işarədir.

Hazırda təyyarə uçuşu davam etdirir. O, Vnukovoda Bakı vaxtilə saat 22:52-də yerə enəcək.

Həyəcan siqnalının səbəbi hələlik məlum deyil və səkkiz nəfər üçün nəzərdə tutulmuş təyyarədə kimin olması barədə məlumat yoxdur./oxu.az