Şəfəqə Doğru » Manşet » "Bəxtiyar Hacıyev aclığı davam etdirir" - AÇIQLAMA

"Bəxtiyar Hacıyev aclığı davam etdirir" - AÇIQLAMA

"Bəxtiyar Hacıyev aclığı davam etdirir" - AÇIQLAMA



Bəxtiyar Hacıyevin aclığı davam etdirdiyi deyilir.
Shafaqadogru.com Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər özünün sosial şəbəkə hesabında yazıb.
“Bəxtiyar aclığı davam etdirir.
Aclığı dayandırması ilə bağlı hökumət mediasının yaydığı məlumat yalandır.
Bəxtiyarın durumu çox ağırdır.
O, psixoloji, mənəvi işgəncə altındadır”, - deyə Z. Əkbər bildirib.
Qeyd edək ki, ötən gün Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Yeniavaz.com-a verdiyi açıqlamada həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.