Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk xarici səfərini ABS-a edəcək.
Shafaqadogru.com xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb.
Verilən xəbərə görə dekabırın 21-də baş tutacaq səfərdə Zelenski ABŞ Konqresinin birgə iclasında iştirak edəcək və prezident Co Baydenlə görüşəcək .
Mövzu ilə AA-ya danışan yaxın mənbələr səfərin təsdilənmədiyini və bunun təhlükəsizlik qaydaları ilə bağlı olacağını bildirib.
Digər tərəfdən isə Ağ Evin Ukraynaya hərbi yardımının məzmununu açıqlayacağı gözlənilirdi. Və bu yardımların arasında Patriot hava hücumundan müdafiə sistemlərinin olub-olmayacağı maraq doğururdu.
Arzu
Demokrat.az