Şəfəqə Doğru » Manşet » Gələn il hansı məmurlar “vurulacaq”… - Təyinat siyahısında deputat da var

Gələn il hansı məmurlar “vurulacaq”… - Təyinat siyahısında deputat da var

Gələn il hansı məmurlar “vurulacaq”… - Təyinat siyahısında deputat da var

Gələn il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir.

Shafaqadogru.com , modern.az-ın əldə etdiyi məlumata görə, hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Məlumata görə, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar 2023-cü idə vəzifələri ilə vidalaşmalı olacaqlar. İşdən çıxarılacaq şəxslərin sırasında nazir və yüksək çinli məmurların da yer alacağı ehtimal olunur.

Hazırda hakimiyyət kluarlarında bununla bağlı müxtəlif söz-söhbətlər dolaşır, habelə "vurulan" və yeni təyinat gözləyən kadrların kimliyi geniş müzakirələr açıb. İddialara əsasən, tutduğu postdan kənarlaşdırılacaq məmurlardan biri (həmin şəxsin nazir olduğu deyilir) daha yüksək vəzifəyə göndəriləcək və tezliklə bu istiqamətdə hazırlıq işlərinə start veriləcək. Adı "qara siyahı"ya düşən digər məmurların aqibətinin necə olacağı bizə məlum deyil.

Digər bir məlumat isə ondan ibarətdir ki, gələn ilin üçün hazırlanan kadr dəyişikliyi siyahısına həm uzun müddət müxtəlif postlarda təmsil olunan kadrlar, həm də son dövrlərdə təyinat alsalar da, istənilən səviyyədə effektik ola bilməyən və uğursuzluqla yadda qalan vəzifəlilər də daxildir.

Bundan əlavə, yeni kadrlarla əvəz olunacaq bəzi məmurların başqa vəzifələrə təyin olunması üçün işdən çıxarılması ehtimalı da var. Vəzifə gətiriləcək kadrların kimliyinə gəlincə, onlardan bir neçəsinin ölkənin qanunverici orqanı olan Milli Məclisdən seçilməsi variantlar arasındadır. Qeyd edək ki, bu praktika əvvəllər də tətbiq olunub və zaman-zaman bir sıra deputatlar hökumətdə portfel əldə ediblər. 2023-cu ildə oxşar tərcübənin tətbiqi ehtimalı yüksəkdir. Hətta vəzifəyə təyinatı gözlənilən deputatın kimliyi onun bəzi həmkarlarına məlumdur. Hətta ona xeyir-dua verənlər də olub. Hazırda təyinat üçün son hazırlıq işlərinin getdiyi deyilir.

Yeni ilin ilk aylarından etibarən tədricən sözügedən kadr dəyişikliklərinin gerçəkləşdirilməsinə başlana bilər. Müxtəlif dövrlərdə görülən bu cür tədbirlərin mütəmadi olaraq davam etdirilməsi rəsmi siyasətin vacib tərkib hissələrindən biri hesab olunur.

Təcrübəyə əsasən deyə bilərik ki, yeni kadrlar yüksək ehtimalla gənclər arasından seçiləcək. Belə ki, müxtəlif dövlət qurumlarında, habelə özəl şirkətlərdə təcrübə toplamış, özünü doğrultmuş cavan kadrlar hökumətdə təmsil olunmaq şansı qazanacaqlar.