ABŞ-yə yeni çovğun fəlakəti ilə bağlı xəbərdarlıq edilib.
Bununla bağlı ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb. Alimlər ABŞ-də son 40 ilin ən sərt qar fırtınasının yaşanacağını bildiriblər.
Qeyd olunub ki, 37 ştatda 90 milyondan çox insan soyuqdan təsirlənəcək. Həmçinin, ölkənin cənubundakı Texas ştatına qədər temperaturun sıfırın altına düşəcəyi də bildirilib.
Alimlər vurğulayıblar ki, sərt hava ölümlərə də səbəb olacaq. Bu arada ABŞ lideri Co Bayden də insanlara müraciət edərək milad bayramı günləri daha diqqətli olmağı tövsiyyə edib.