“Beynəlxalq təşkilatların və bəzi Qərb dövlətlərinin əməli ilə sözü arasında ziddiyyət var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Dünyası Konstitusiya Məhkəməsi Konfransının Açılış Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Suriyadakı faciəvi durum bu ziddiyyətin nəticəsidir: “Müsəlmanlara qarşı kin və nifrət davam edir. Yunanıstanın köçkünlərə qarşı münasibəti artıq vəhşilik səviyyəsindədir. Qərb dövlətləri Yunanıstanın bu hərəkətlərinə göz yumur".