Şəfəqə Doğru » Manşet » İki ailənin evi birdən yandı

İki ailənin evi birdən yandı

İki ailənin evi birdən yandı


Qazax rayonunun Daş Salahlı kəndində bədbəxt hadisə baş verib. Belə ki, iki ailəyə məxsus bir-birinə bitişik olan fərdi evlər yanıb. Qonşuların dediyinə görə, ev sahibləri evdə olmadığından yanğınsöndürmə idarəsinə gec məlumat çatıb və demək olar ki, evlərin hər ikisi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın söndürənlərin dəstəyi ilə Daş Salahlı kənd Polis bölməsinin əməkdaşları, başda bölmənin rəisi Amil Hacıyev omaqla, yüksək çaba göstərərək, evin brinci mərtəbəsindəki bəzi əşyaları salamat çıxarda bilmişlər. Hal-hazırda kənd camaatı aralarında pul yardımı toplamağa başlayıblar. Düşünürük ki, dövlətimiz də bu iki ailənin çıxılmaz vəziyyətini nəzərə alaraq, evsiz-eşiksiz qalan ailələrə yardım edəcəkdir. 

Qeyd edirik ki, məqalənin şəkilndə qoyulan kart nömrəsi vasitəsilə yardım kampaniyasına qoşulmaq mümkündür. Ev sahibləri və redaksiyamıız adından bütün yardım edənlərə öncədən təşəkkürümüzü bildiririk. 

Neymət Novruzlu.