Şəfəqə Doğru » Manşet » İran Azərbaycanla SAVAŞA GİRƏRSƏ... - Gözləniləndir və ona görə də...

İran Azərbaycanla SAVAŞA GİRƏRSƏ... - Gözləniləndir və ona görə də...

İran Azərbaycanla SAVAŞA GİRƏRSƏ... - Gözləniləndir və ona görə də...

Fars-molla rejimi bu gün Şuşanın ayağında cərəyan edən olayları dördgözlə izləyir. Bu da səbəbsiz deyil və Tehranda oturanlar yaxşı anlayırlar ki, bu gün Şuşa-Xankəndi yolunda baş verənlərin Azərbaycanın istədiyi sonluqla yekunlaşması onlara yeni zərbələrin tədarükü anlamına gəlir...
Bu arada yaxşı bir xəbər var. İsrail hökuməti bəyan etdi ki, İranla müharibəyə tam olaraq hazırdırlar. Buna qədər Səudiyyə Ərəbistanı anoloji bəyanatı vermişdi. Pakistan da zatən müharibə ilə yoğrulduğundan və yetimlərin hər günü MÜHARİBƏ hesəb olunduğundan İslamabadın İran qarşısında əliyalın qalacağı gözlənilən deyil.
Azərbaycanın da rahatlıqla Tehranın ayağına yürüməsi üçün ciddi potensialı var. Mən nağıl danışmıram və fars-molla rejiminin hərbi imkanlarını küçümsəmirəm də. Sadəcə olaraq, İranla Azərbaycanın hər hansı hərbi toqquşması fonunda molla rejiminin güvəndiyi ordunun neçə faizinin verilən əmrlərə tabe olaraq bizi hədəfə alacağı şübhəlidir. Bundan əlavə, Azərbaycana qədər artıq yuxarıda adlarını qeyd etdiyim 3 dövlət İranı yetərincə yıpradacaqlar. Hələ qardaş Türkiyənin imkan və resurslarını bir kənara qoyuram. Halbuki bu gün Türkiyə ordusu Azərbaycan ordusu ilə yanaşı olaraq Azərbaycan dövlətinin təminatçısıdır.
Belə bir şəraitdə molla rejiminin Şuşanın ayağında cərəyan edən olayları necə təşvişlə seyr etdiyini təxmin etmək və anlamaq çox asandır. Yəni məsələni bu qədər kiçiltmək və BİR MƏDƏN... BİR MƏDƏ DAVASI kimi təqdim etmək doğru deyil...
Dİ, SALAMAT QALIN...

Məhəmməd ƏRSOY