Şəfəqə Doğru » Manşet » "Ukrayna bizim bütün nəsillərimizin arzuladığı qələbəyə doğru gedir..."

"Ukrayna bizim bütün nəsillərimizin arzuladığı qələbəyə doğru gedir..."

"Ukrayna bizim bütün nəsillərimizin arzuladığı qələbəyə doğru gedir..."
"Məqsədimiz ölkənin ərazi bütövlüyünün bərpası və əsirlikdə olanların, qaçqınların geriyə qaytarılmasıdır..."
 


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


"Ukrayna Avropa İttifaqını birləşdirib, Qərbi qlobal arenaya dönməyə və özünün üstün olduğunu hiss etməyə kömək edib..."
 
"Biz hər bir tərəfdaşımıza Ukrayna ilə birlikdə qalib olmaq üçün unikal və tarixi imkan veririk..."
 
"İstənilən ölkədə və qitədə Ukrayna bayrağının göy-sarı rəngləri azadlıq rəmzi, təslim olmayan, dünyanı birləşdirən və qalib gələcək xalqın rəmzinə çevrilib..."
 
"Biz hamımız ukraynalıyıq və bu, kifayətdir..."
 
Zelenski Ukrayna Ali Radasında illik müraciətlə çıxış edib, çıxış 52 dəqiqə çəkib, hava həyəcanı ilə bağlı çıxış saatyarım təxirə salınıb
 
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 28-də Ali Radada xalqa və parlamentə illik müraciətlə çıxış edib.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Telegram-kanal"da xalq deputatları Aleksey Qonçarenko ("Avropa həmrəyliyi") və Yaroslav Jeleznyak ("Səs") məlumat verib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
Ali Rada 2022-ci ildə sonuncu iclasına toplaşıb, xalq deputatları Zelenskinin Ukraynanın daxili və xarici vəziyyəti barədə müraciətini dinləyib.
 
Onun sözlərinə görə, hava həyəcanı səbəbindən prezidentin çıxışı saatyarım təxirə salınıb, çıxışın özü 52 dəqiqə davam edib.
 
Zelenskinin çıxışından sonra ukraynalı hərbçilərin mükafatlandırma mərasimi baş tutub.
 
"Prezidentin çıxışı zamanı 41 dəfə alqışlar səslənib", - Jeleznyak deyib.
 
O, əlavə edib ki, Zelenskidən başqa, iclasda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı, hökumət üzvləri (tam tərkibdə), xarici diplomatlar, həlak olan qəhrəmanların ailə üzvləri iştirak edib.
 
Zelenski öz çıxışında bəyan edib ki, Ukrayna azad dünyanın liderlərindən birinə çevrilib, Avropa İttifaqını birləşdirib. Prezidentin sözlərinə görə, Ukrayna "bizim bütün nəsillərimizin arzuladığı qələbəyə doğru gedir". Məqsədimiz ölkənin ərazi bütövlüyünün bərpası və əsirlikdə olanların hamısının azad edilməsidir.
 
Zelenski vurğulayıb ki, işğalçıların Ukraynada törətdikləri cinayətlər üzrə beynəlxalq tribunal olmalıdır.
 
O, deyib ki, ölkənin bərpa edilməsi Avropanın ən iri iqtisadi layihəsi olacaqdır. Hakimiyyətin qarşısında duran vəzifələrdən biri, Zelenskinin sözlərinə görə, Rusiyanın təcavüzü səbəbindən ölkəni tərk etməyə məcbur olan ukraynalıların evlərinə qayıtmasıdır.
 
O, vurğulayıb ki, ukraynalılar qışa tab gətirəcək və Rusiyanın "Şəhid"lərlə zərbələri kömək etməyəcək.
 
Zelenski deyib ki, Ukrayna Avropa İttifaqını birləşdirib. Ölkələrin  əksəriyyətini artıq Rusiyanın onları dinləməsi maraqlandırmır. Buna son qoyulub. Ukrayna Avropa İttifaqına subyektliyini əldə etməyə kömək edib.
 
"Bu ilin 10 ayı ərzində biz hamıya kömək etmişik, Qərbə özünü tapmağa, qlobal arenaya dönməyə və Qərbin üstün olduğunu hiss etməyə kömək edib. Qərbdə daha heç kim Rusiyadan qorxmur və daha heç vaxt qorxmayacaq. Biz Avropaya özünü müxtəlif səviyyəli komandaları olan bir neçə dünya çempionatları deyil, bütün azad dünya ilə birlikdə bu vacib qələbə uğrunda mübarizə aparan güclü komada kimi hiss etməyə kömək etmişik.
 
Məhz Ukrayna Avropa İttifaqını birləşdirib, - prezident deyib. - Və bu, Rusiyanın bizim qitəmizi dağıtmaq üçün nəhəng resurslarını yönəltməsinə baxmayaraq baş verib. Rusiyanın Avropaya qarşı cəhd etdikləri alınmayıb. Rusiyanın hər bir addımı yanlış olub. Bizim addımlarımız isə işlək olub".
 
Zelenskinin sözlərinə görə, tarixdə ilk dəfə olaraq Avropa İttifaqı "belə miqyaslı təcavüzdən qorunmağa kömək edir, ilk dəfə olaraq Avropa İttifaqının bir sıra ölkələri öz qanunvericiliklərində və öz siyasi qaydalarında dəyişiklik edib və indi dövlətimizə hərbi dəstək göstərir, tarixdə ilk dəfə Avropanın bəzi ölkələri neytrallıq anlayışıma yenidən baxaraq Ukrayna ilə bərabər təcavüzə qarşı müqavimət göstərir".
 
"Dünyanın əksəriyyət ölkəsi artıq Rusiyanın onları eşidib eşitməməsi maraqlandırmır. Buna son qoyulub. İndi dünya Ukraynadan daha nə gözlədiyində, Ukrayna Avropaya və dünyaya daha nə verə biləcəyində həqiqətən maraqlıdır...Biz hər bir tərəfdaşımıza Ukrayna ilə birlikdə qalib olmaq üçün unikal və tarixi imkan veririk. Ukraynalıların sayəsində dünya qaliblər olmağın nə demək olduğunu xatırladır. Növbəti ildə biz bunu daha da gücləndirəcəyik", - prezident əmin edib.
 
Zelenski deyib ki, istənilən ölkədə, istənilən qitədə göy-sarı rəngə rast gələndə, bunun azadlıq rəmzi olduğunu bilirlər. Ukraynanın milli rəngləri cəsarətin və bütün dünyanın sarsılmazlığının beynəlxalq rəmzidir.
 
"Ukrayna dünyanın qlobal luderlərindən birinə çevrilib. İstənilən ölkədə və qitədə göy-sarı rənglərinə azadlıq rəmzi, təslim olmayan, dünyanı birləşdirən və qalib gələcək xalqın rəmzi kimi baxırlar", - prezident deyib.
 
Zelenskinin sözlərinə görə, Ukraynanın sayəsində "dünya inanıb ki, dəyərlər güc mənbəyidir".
 
"Dünya bizim mübarizəmizin ardınca bizə inanıb. Dünya əmin olub ki, bizim inamımızla tiraniya məğlub olur. Dünya görüb ki, bizim döyüş meydanında uğurlarımızla azadlıq qalib ola bilər, - prezident qeyd edib. - Biz elə etməliyik ki, dünya Ukraynanın göy-sarı bayrağını görəndə bilsinlər ki, söhbət azadlıqdan, etibarlı evi olan insanlardan gedir. Və onlara nə baş verəcəyindən asılı olmayaraq həmişə yardım ediləcək. Çünki biz hamımız ukraynalıyıq və bu, kifayətdir".