Türkiyənin Ankara və Bursa şəhərlərində İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Bursa Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı Suriya və İraqda İŞİD-in tərkibində fəaliyyət göstərmiş 16 nəfər saxlanılıb. Onlar Azərbaycan, Suriya və İraq vətəndaşlarıdır.
Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı isə İŞİD üzvü olan 30 əcnəbi saxlanılıb.