Şəfəqə Doğru » Manşet » Bakıda yaşayış binasında güclü partlayış oldu: Ölən var

Bakıda yaşayış binasında güclü partlayış oldu: Ölən var

Bakıda yaşayış binasında güclü partlayış oldu: Ölən var

Bakıda yaşayış binasında partlayış olub.

Shafaqadogru.com  xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.




Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxsin pəncərədən yerə düşərək öldüyü deyilir.