Şəfəqə Doğru » Manşet » NAXÇIVANI kim və necə müalicə edəcək?

NAXÇIVANI kim və necə müalicə edəcək?

NAXÇIVANI kim və necə müalicə edəcək?

Bakıda dünyaya göz açsam da ata yurdum Naxçıvandır. Körpəlikdən Azərbaycanımızın hər qarışını sevə-sevə ,milli-mənəvi sərvətlərini,dəyərlərini ,görkəmli işəxsiyyətlərini əziz atam tanıtdı və sevdirdi. Damarlarımdan axan qan Naxçıvan diyarını nənəm demiş bir köynək daha isti etmişdi mənə.Hələ uşaqlıqda qatarla gedib gəldikcə bu yerlərin adamlarının fərqlənən cizgilərini asanlıqla ayra bilirdim. Bir az daha böyüdüm və yerli əhalinin xarakterik cəhətlərini tam mənimsədim həm də sevdim.. Qonaqpərvərliyi, mərdliyi, sözü üzə deməyi, ailəsini qorumağı, böyük M.Ə. Sabir demişkən ‘‘düzü düz,əyrini əyri deməyi‘‘ bu məmləkətə bircə dəfə gələnlər də özlüyündə əmin olardılar. Bu belə idi ki belə idi.
Son on beş ildə yadıma gəlmir ki Naxçıvana könül xoşluğuyla gedib qayıdım... Yaxın qohumlarımla bərabər özümün də çəkdiyim məşəqqətlərdən seriallar çəkmək olar...Əhalini günbəgün nədir saatbasaat diriykən canlı meyidə çevirənlərə dəfələrlə etiraz etmişəm. Sonuncu dəfə xəbərdarlıqla kifayətlənib ‘‘ Elə etməsin ki Naxçıvana çatar-çatmaz basaq içəri orda onu yaxşıca dərsini verib ağıllandırsınlar‘‘ mesajı belə aldım. Bir neçə dəfə bağlı nömrələrdən zənglər də gəldi. Yox mən əsla yaşadığım o eybəcərliklərdən danışmayacam.Son vaxtlar Naxçıvandan qayıtdıqdan sonra qısa statuslar yazmaqla kifayətlənərdim. Məsələn keçən ilin oktyabr ayında belə paylaşım etmişdim. Əzizlərimizin adına halva ehsan etmişdim .Kənddə 500 adamdan 100 nəfər yaşamadığı üçün ehsanı verməyə üzümə qapı açan olmadı və s......
Daim qorxu içində yaşayan əhali bir cahil, vicdansız manyak və onun qulbeçələrinin caynağında inləyirdi. Naxçıvanda sözün əsl mənasında soyqırım siyasəti gedirdi...Ancaq bundan da dəhşətli olan bilirsiz nədir.... ???Ən dəhşətlisi o idi ki bu rəzillikləri azyaşlı məktəbli belə bilsə də ,anlasa da bu torpağın havasını udan, cibində millət vəkili mandatı gəzdirənlər , özünü ziyalı ,sənətkar hesab edən yarınanlar sürüsü Naxçıvan qatilini sosial şəbəkələrdə,tribunalarda məddahlıq yağışına tutmaqdan,portretini bəh-bəhlə paylaşıb quyruq bulamaqdan zərrə qədər abır -həya etmədilər. nədir belə bir- birlərini qıra- qıra növbəyə düzüldülər..Gecə-gündüz liderləriylə paylaşdıqları şəkillərdə ağızlarını ayırıb nə qədər özlərini zorlasalar da SÜNÜ GÜLÜŞLƏRİNİ MALALAYA BİLMİRDİLƏR Kİ..BİLMİRDİLƏR.....
İndi bu sətrləri oxuyan dostlarım bəlkə də deyəcək ki ‘‘Ay xanım sakitləş.... nə var idi əllərindən alındı(alınır) səbr edin də‘‘.....ƏSLA........Elə məni ən çox üzən də o üzdəniraq sənətkarların, yazarların,zillət vəkillərinin heç nə olmamış kimi tülkü kimi sanki Naxçıvanda heç nə olmamış kimi davranmalarıdır. Yəni dəvənin kolluğa girib gizlənməsi məsələsi..... O yaltaq ,iyrənc yarınanlar sürüsündən bircəciyi çıxıb desəydi ki ‘‘Mənim üçün vasif talıbov möhtərəm idi indi də o fikirdəyəm. ‘‘deyərdim həəəəə..Afərin...‘‘... Məni incidən,narahat edən də budur ki bu yarınanlar sürüsüylə Naxçıvanın utancverici ənənələrinə çətin fatihə deyə bilək....... Gündə min dona girə bilən təkəbbür dağarcıqları, işverənlər tarixin zibilliyinə atılmalıdılar... yalnız o zaman Naxşıvan otuz il öncəki Naxçıvan ola bilər.
PS........Reanimasiya dövrünü yaşayan Naxçıvanın müalicəsi də dərmanı da elə qeyrətli ,mərd ,didərgin düşmüş əhalisinin əlindədir.
YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞMƏMƏK ÜÇÜN QAYIDIN VƏTƏNƏ! !!!!!!
Jalə Cəfərəova