Şəfəqə Doğru » Manşet » Ehtiyatda olan zabit Qəhrəman Abdullayevdən şok iddialar: FOTO

Ehtiyatda olan zabit Qəhrəman Abdullayevdən şok iddialar: FOTO

Ehtiyatda olan zabit Qəhrəman Abdullayevdən şok iddialar: FOTO

Teref.az yazır ki, jurnalist Heyder Oguz aşağlıda dərc etdiyimiz iddianı səsləndirib. Heydər bəy yazır:
Qarik Kasımov adı bir çox hərbçilərə tanış... - Qəhrəman Abdullayev.

Qarik Kasımov adı bir çox hərbçilərə tanış olmalıdır. Tanış olmayanlar üçün qısaca bildirim ki, Qarik Kasımov Kərəm Mustafayevlə Hərbi məktəbdə eyni kursda oxuyublar. 90-cı illərdə (konkret hansı ildə olduğu dəqiqləşdirilir) zabit kimi xidmət etdiyi bölmədə Qarik öz əsgərini güllələyir. Qarik Kasımova cinayət işi açılsa da, Kərəm Mustafayev keçmiş kursant yoldaşına "yardım əli"ni uzadır və onu Naxçıvana, öz tabeliyinə, tabor komandiri vəzifəsinə gətirir. Qarik Kasımov bir müddət tabor komandiri kimi xidmət edir, sonra Kərəm Mustafayevin müavini vəzifəsini icra edir. Qarikin törətdiyi cinayətə görə açılan işin yenidən aktuallaşdığını görən Kərəm Mustafayev Qarikə moskvaya qaçmaqda köməklik edir.

Hal hazırda isə Rusiyada, Kərəm Mustafayevə məxsus tikinti şirkətini və digər biznesini Qarik Kasımovun idarə erdiyi bildirilir. (Əlavə dəqiqləşdirmələr diqqətinizə çatdırılacaqdır)