Türkiyənin Adana vilayətində polis partlayıcı qurğu yerləşdirilmiş 7 avtomobil aşkar edib.
Terrorçular bu avtomobillər vasitəsilə hava limanı, yerli icra nümayəndəliyi və polis şöbələrində partlayış törətməyi planlaşdırıb.
Əməliyyat çərçivəsində 5 şübhəli şəxs saxlanılıb.