Şəfəqə Doğru » Manşet » Dünya Bankı XƏBƏRDARLIQ EDƏCƏK

Dünya Bankı XƏBƏRDARLIQ EDƏCƏK

Dünya Bankı XƏBƏRDARLIQ EDƏCƏK

Dünya Bankının sabah açıqlanacaq "Qlobal İqtisadi Görünüş" yarımillik hesabatında böhran xəbərdarlığını ediləcəyi gözlənilir. 


Shafaqadogru.com  xəbər verir ki, Dünya Bankı yeni hesabatında böhran baş verməyəcəyi təqdirdə belə, yüksək inflyasiyanın idarə edilməsi üçün maliyyə siyasətinin sərtləşməsinin qlobal iqtisadi böyüməni çətinləşdirəcəyi bildiriləcək. 


İqtisadi amillərlə yanaşı Rusiyanın Ukraynaya hücumunun da böhranın baş verməsinə kömək edəcəyi təxmin olunur. 


Dünya Bankının bəyanatına görə, hesabatda ağır borcu olan inkişaf etməkdə olan ölkələrdə daralma riskini azaltmaq üçün həm yerli, həm də qlobal səviyyədə ciddi səylər tələb olunacaq. 

Vasif