Çinlə suverenlik münaqişəsində olan Tayvan artan müdafiə təhdidlərinə qarşı 3000 pilotsuz uçan aparatdan (PUA) ibarət donanma yaratmağı planlaşdırır.
Shafaqadogru.com xəbər verir ki, Tayvan Müdafiə və İqtisadiyyat Nazirliyi, Milli Elm və Texnologiya Şurası və Milli Elm və Texnologiya İnstitutunun (CSIST) mütəxəssisləri bu məsələ üzərində işləyir.
Layihə çərçivəsində hərbi məqsədlər üçün istifadə ediləcək təxminən 3000 PUA-nın tədarükü üçün 9 istehsalçıdan prototiplərin hazırlanması istəniləcək.
Prototiplərin istehsalı üçün Müdafiə Nazirliyi avqust ayında məhdud tender elan edəcək.
Donanmanın qurulması gələn ilin əvvəlinədək başa çatdırılmalıdır.
Müdafiə Nazirliyi tenderə qatılacaq şirkətlərdən Çində fəaliyyət göstərən şirkətlərdən maliyyə dəstəyi almadıqlarını, Çin şirkətləri ilə ortaqlıq əlaqələrinin olmadığını və bu ölkədə istehsal olunan məhsul və hissələrdən istifadə etməyəcəklərini sübut etməyi, həmçinin müvafiq öhdəlik götürməyi tələb edəcək.