Naxçıvan şəhərində kirayədə yaşayan daha iki tələbə qız dəm qazından zəhərlənib.
Shafaqadogru.com APA-ya istinadən xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağla araşdırma aparılır.