Bakının Əhmədli qəsəbəsində (Ukrayna meydanında) yeni istifadəyə verilmiş piyada keçidinin dəmir döşəmənin bir parçasının qopması ciddi müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, bir qrup sosial şəbəkə istifadəçiləri bunu əlaqədar qurumların işə biganəliyi ilə əlaqələndirib, əksəriyyət isə yaşanan olayı korrupsiya ilə bağlayıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, artıq piyada keçidindəki qopan döşəməyə yeni dəmir parşası qaynaqlanıb.
Bu barədə məlumatı Mia.az-a "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli təsdiqləyib.