Şəfəqə Doğru » Manşet » Jurnalist Cəmil Məmmədli saxlanıldı

Jurnalist Cəmil Məmmədli saxlanıldı

Jurnalist Cəmil Məmmədli saxlanıldı

Jurnalist Cəmil Məmmədli saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.




Bildirilib ki, başlanmış cinayət işi üzrə Məmmədli Cəmil Qiyas oğlu saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.