Rusiya prezidenti Vladimir Putin praktik qələbənin mümkün olduğu 1 qonşu ölkəyə qarşı sürətli və effektiv “xüsusi əməliyyat” keçirmək istəyir.
Bu barədə "General SVR" kanalı bildirib.
Qeyd edək ki, bu kanalın Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş generalına məxsus olduğu bildirilir.
"General SVR"-ın bildirdiyinə görə, Rusiya prezidenti Gürcüstanı belə bir ölkə hesab edir. Putinin bu ideyanı yanvarın 20-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat görüşü zamanı açıqladığı bildirilir.
“Putin əmindir ki, hazırkı Gürcüstan rəhbərliyinin bir hissəsi ilə razılaşmaya gedib münaqişə yaratmaq, qələbə ssenarisi həyata keçirmək olar. O, hesab edir ki, bu əməliyyat zamanı Gürcüstandakı rusiyayönlü qüvvələr öz arzuolunmaz rəqiblərindən xilas ola bilərlər”, – məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya prezidenti paralel olaraq “erməni məsələsi”ni də həll etməyə hazırlaşır.
“Xüsusi əməliyyatlarla bağlı hazır ssenari ötən ilin payızından prezidentdədir. O, həmin ssenariləri bugünkü reallıqlara uyğunlaşdırılmaq və fevralın 1-dək ona təqdim etmək barədə tapşırıq verib”, - “General SVR”-in məlumatında bildirilir.