Türkiyənin "Bilecik Söyüt" 109 ton ehtiyatı olan qızıl yatağı aşkarlanıb.
Mia.az xəbər verir ki, bu gün prezident Ərdoğan həmin yatağa gedərək açılış edəcək.
Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz deyib ki, açılışda prezident Ərdoğan ilk qızıl külçəsini qəlpinə tökəcək: "Toprağın altında olan başqa bir cövhəri iqtisadiyyatımıza qazandıracağıq. Burada hər il 6-7 ton qızıl çıxarılacaq. Bu, Türkiyənin qızıl istehsalının illik 15 faiz artımı deməkdir".