ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına indidən start verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
O, Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edib. Trampın Kolumbiada kampaniya çərçivəsində keçirilən görüşünə cəmi 200 sakin gəlib. Komandasının buna seçki təşviqatının ilk addımı kimi baxdığı qeyd olunub.
Bildirilib ki, çıxışı zamanı Tramp Bayden administrasiyasının xarici siyasət kursunu sərt şəkildə tənqid edib.
Qeyd edək ki, D.Tramp 2020-ci ildəki son seçkilərdə məğlub olub və onu Co Bayden əvəzləyib.