Ötən gün Pakistanın Peşavar şəhərində məsciddə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 150 nəfər yaralanıb.
Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Qurbanların sayı arta bilər.
Qeyd edək ki, terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.