“Bələdiyyə seçkiləri seçki məcəlləsindən çıxarılmalı, ayrıca qanunvericiliklə tənzimlənməlidir. Bələdiyyə sədrliyinə namizəd verən şəxs Prezidentliyə namizədlə eyni sənədləri toplamalı, eyni prosedura keçməlidir”.
Shafaqadorgru.com xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.
Deputat qeyd edib ki, bu prosedurlar ucqar kəndlərdə namizədlərə problem yaradır: “Bundan əlavə bələdiyyə seçkiləri ölkə üzrə eyni vaxtda yox regional, bölgələr üzrə ayrı-ayrı vaxtlarda keçirilməlidir. Dünyanın çox yerində bu belədir və seçki məcəlləsinə yenidən baxılmalıdır”.
“Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Ölkədə 16 mindən çox bələdiyyə üzvü var. Bu isə iclasların keçirilməsinə mane olur, vəsaitlər ancaq orada olanların maaşına yetir. Bu say azaldılmalıdır”, - deyə S.Novruzov vurğulayıb.