Şəfəqə Doğru » Manşet » Zəlzələ Suriyada da binaları dağıtdı: 237 ölü, 639 yaralı — YENİLƏNİB

Zəlzələ Suriyada da binaları dağıtdı: 237 ölü, 639 yaralı — YENİLƏNİB

Zəlzələ Suriyada da binaları dağıtdı: 237 ölü, 639 yaralı — YENİLƏNİB

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Shafaqadogru.com  Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. 

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.
 

09:03

Suriyada baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin ilkin sayı açıqlanıb.

Demokrat.az
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hələb və Həmada zəlzələ nəticəsinə çoxlu sayda yaşayış binası dağılıb, 42 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.


Ölü və yaralı sayının artacağı istisna edilmir.



***

Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda Suriyada da güclü təkanlar hiss edilib.

Demokrat.az
 xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.


Bildirilir ki, yeraltı təkanlar Həma əyalətinin mərkəzində bir neçə binanın dağılmasına səbəb olub. Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları cəlb olunub.


"Əl-Cəzirə" telekanalının məlumatına görə, Hələb və İdlib şəhərlərində yaşayış binalarının dağıntıları altından altı nəfərin cəsədi tapılıb.


Axtarış-xilasetmə işləri davam edir.