Türkiyənin Hatay vilayətində güclü zəlzələdən sonra qaz kəmərində partlayış baş verib.
Shafaqadogru.com "İhlas" istinadən bildirir ki, yanğın Topboğazı kəndi ərazisindən keçən boru xəttinin iki yerində müşahidə olunub. Ocaqlar arasındakı məsafə 3 km-dir. Qəhrəmanmaraş vilayətində baş verən zəlzələdən sonra partlayışlar və yanğınlar baş verib.
Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd güclü zəlzələ ilə əlaqədar hökumətin fövqəladə iclası keçirmək qərarına gəlib.
Həmçinin Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələnin 10 əyalətdə hiss olunduğunu bildirib. Əsas zərbə Qəhrəmanmaraş üzərinə dəydi. Ən azı 22 yeraltı təkan olub. Respublikada ən yüksək həyacan təşvişinin səviyyəsi elan edilib.