Şəfəqə Doğru » Manşet » Ukrayna Türkiyəyə yardım təklif etdi

Ukrayna Türkiyəyə yardım təklif etdi

Ukrayna Türkiyəyə yardım təklif etdi

Ukrayna Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı ölkəyə yardım etməyə hazırdır. 

Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə xalqına və zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm.

Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, - deyə Zelenski qeyd edib.